BƏƏ-də 100-dən çox şəxs saxlanıldı
Dünya
20.03.2026 16:32
Əbu-Dabi polisi Yaxın Şərqdəki gərginlik fonunda hadisə yerlərini lentə alaraq dezinformasiya yayan 109 nəfərin saxlanıldığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazete" məlumat yayıb.
Rəsmi məlumata görə, müxtəlif millətlərdən olan bu şəxslər hadisə səhnələrini çəkərək sosial mediada paylaşıb və bununla da ictimai rəyi qızışdırıb, şayiələrin yayılmasına səbəb olublar.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri ərazisində belə paylaşımlar ciddi hüquqi məsuliyyət yaradır. Qayda pozanları böyük məbləğdə cərimə və ya həbs cəzası gözləyə bilər. Hüquq-mühafizə orqanları sosial şəbəkələri və mesajlaşmaları aktiv şəkildə izləyir.
Məlumatlarda qeyd olunur ki, xüsusilə turistlərin və ölkədə yaşayan əcnəbilərin paylaşdıqları görüntülər diqqət mərkəzindədir. Onlara hərbi obyektlər, hava hücumundan müdafiə sistemləri və fövqəladə hallar zamanı çəkiliş aparmamaq barədə xəbərdarlıq edilib.
Türkan İsgəndərli
tag: Yaxın Şərq,Polis,Dezinformasiya,BƏƏ,Todaypress.tv,
