“Baza” nəşrində polis axtarışı aparılır
“Baza” nəşri hüquq-mühafizə orqanlarının onların ofisində axtarış apardığını bildirib.
TodayPress TV xəbər verir ki, bu gün səhər saatlarında polis və çevik qüvvələr nəşrin baş redaktoru Qleb Trifonovun mənzilinə də gediblər. Hazırda onunla əlaqə yoxdur.
Nəşr qeyd edir ki, Trifonovun qonşuları onun naməlum istiqamətə aparıldığını deyiblər. Onun hazırda harada olduğu məlum deyil, nə həmkarları, nə də “Baza”nın "Telegram" kanalı ilə ona çatmaq mümkün olmayıb.
“Baza” nümayəndələri bildiriblər ki, hələlik polis reydinin səbəbi barədə məlumatları yoxdur.
Türkan İsgəndərli