Batumidə polisə şillə vuran şəxs azadlıqdan məhrum edildi
Batumi Şəhər Məhkəməsi Batumelebi Mzia Amaqlobelini etiraz aksiyası zamanı polis əməkdaşına şillə vurduğuna görə 2 il müddətinə azadlıqdan məhrum edib.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Xatırladaq ki, Amaqlobeli yanvarın 12-də Batumidə Acarıstan polisinin qərargahı qarşısında keçirilən aksiyada saxlanılıb.
Aysel Mətləb