AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı

AZAL təyyarəsinin vurulması ilə bağlı etiraf: Rusiya açıqladı
29.06.2026 16:08 Dünya

Rusiya və Azərbaycan 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus "Embraer 190" təyyarəsi ilə bağlı yaranmış məsələlərin həll olunduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə iki ölkənin Xarici İşlər nazirliklərinin yaydığı birgə bəyanatda bildirilib.

Bəyanata əsasən, tərəflər prezidentlər arasında əldə olunmuş razılaşmalara uyğun olaraq qəzanın nəticələrinin aradan qaldırılması, o cümlədən kompensasiya ödənişləri ilə bağlı məsələlər üzrə razılığa gəliblər. Sənəddə qeyd olunur ki, qəza Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş verib.

Xatırladaq ki, Bakı–Qroznı reysini yerinə yetirən AZAL təyyarəsi Aktau yaxınlığında qəzaya uğramışdı. Hadisə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olmuş, 29 nəfər sağ qalmışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər