Ayasofyanı yandırmağa cəhd edən şəxs həbs olundu
İstanbulda Ayasofya-i Kebir Məscidində yanğına səbəb olan şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə İstanbul Polis İdarəsi rəsmi açıqlama yayıb.
"11 iyul 2025-ci il tarixində saat 23:50 radələrində (Bakı vaxtı ilə 00:50 - red.) Ayasofya-i Kebir Məscidində kitab yandıraraq xalçanın alışmasına səbəb olan şəxs dərhal müəyyən edilərək saxlanılıb və həbs edilib".
Töhfə Səməd