Avropa Ursula fon der Lyayeni tənqid etdi

Avropa Ursula fon der Lyayeni tənqid etdi
18.06.2025 11:05 Dünya

Avropa İttifaqının (Aİ) bir sıra xarici işlər nazirləri Avropa Komissiyası (AK) prezidenti Ursula fon der Lyayeni İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edərək ona dəstək ifadə etməsinə görə tənqid edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşrin diplomatik mənbələrə istinadən yazdığına görə, bəzi Avropa diplomatları fon der Lyayenin bu addımını koordinasiyasız və birtərəfli qərar kimi qiymətləndirib.

Məlumata görə, Aİ-nin yalnız 10-15 üzv dövləti İsraillə həmrəylik nümayiş etdirib, bu da İttifaq daxilində bu məsələdə vahid mövqenin olmadığını göstərir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər