Avropa Ukraynaya hərbi dəstəyi artırır
Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi dəstək təşəbbüsləri çərçivəsində sursat təminatı xüsusi diqqət mərkəzindədir.
TodayPress TV xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.
“80% sursat təşəbbüsü üzrə artıq öhdəlik götürülüb. Ancaq bu il üçün nəzərdə tutulan 2 milyon mərmi hədəfinə çatmaq üçün daha çox iş görməliyik”, - deyə o diqqətə çatdırıb.
Töhfə Səməd