Avropa Parlamenti: Kiyevə Rusiyaya qarşı Qərb silahlarından istifadə icazəsi verilsin

Avropa Parlamenti: Kiyevə Rusiyaya qarşı Qərb silahlarından istifadə icazəsi verilsin
09.10.2025 16:37 Dünya

Avropa Parlamenti Kiyevə Qərb silahlarından Rusiya ərazisinə məhdudiyyətsiz istifadə icazəsi verilməsini tələb edir.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamenti Kiyevə Rusiyadakı hərbi hədəflərə qarşı Qərb silahlarından istifadə üzrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Sənəddə Aİ ölkələrinə Ukraynaya dərhal əlavə hərbi yardım göstərmək və hava hücumundan müdafiə sistemləri üçün birgə sursat alışına başlamaq təklif olunur.

Bundan əvvəl bəzi analitiklər və şərhçilər də ABŞ-ni NATO silahlarından Rusiya ərazisinə zərbələr üçün istifadəyə icazə verməyə çağırmışdılar.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər