Avropa may ayında LNG idxalında rekorda imza atdı

Avropa may ayında LNG idxalında rekorda imza atdı
02.06.2025 09:40 Dünya

Avropa İttifaqı may ayında mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üzrə bütün dövrlərin rekordunu müəyyən edib. Bu, ardıcıl üçüncü aydır ki, Aİ LNG tədarükü üzrə tarixi maksimumları yeniləyir.

TodayPress TV xəbər verir ki, “Gas Infrastructure Europe” (GIE) təşkilatının məlumatına əsasən, may ayında Avropadakı LNG terminallarından Aİ-nin qaz nəqliyyat sisteminə 12,8 milyard kubmetr qaz daxil olub. 

Bu, apreldəki göstəricidən 0,7%, ötən ilin may ayına nisbətən isə 38% çoxdur. Qeyd edilən həcmlə Avropa LNG idxalında növbəti dəfə yeni tarix yazıb. Əvvəlki maksimum 2025-ci ilin aprelində (12,7 milyard kubmetr) qeydə alınmışdı.

Ümumilikdə yanvar-may aylarında Avropa qaz sisteminə LNG daxilolmaları 59,5 milyard kubmetrə çatıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17% artım deməkdir.

Avropa üçün 2025-ci ildə LNG tədarükü qaz mənbələri arasında liderlik edir, bu mənbənin payı 38%-ə bərabərdir. İkinci yerdə əsasən Norveçdən gələn Şimal dənizi qazı dayanır (24,7%), üçüncü yerdə isə qaz anbarlarından çıxarılan ehtiyatlar gəlir (17,8%). Bu göstəricilər “ENTSOG” (Avropa Qaz Nəqliyyat Operatorları Şəbəkəsi) tərəfindən 30 may tarixinə təqdim olunub.

Qiymət Mahir

XƏBƏR LENTİ
04 IYUN 2026
Avtoxuliqanlıq etdi, maşın sürmək hüququndan oldu - VİDEO 11:12 Kim Çen In nüvə zavodunu təftiş etdi 11:03 İrəvanın qızılı Trampın gözünü qamaşdırdı - Zaxarova qımışdı 10:39 Dubay şahzadəsinin azərbaycanlı keçmiş arvadı uşaqları ilə birgə SAXLANILDI 10:47 “Real”da məşqçi savaşı: Rikelme Mourinyoya qarşı çıxdı! 10:42 Qızılın qiyməti əl yandırır - Əlvan metallar bazarı artışa keçdi 10:38 Ermənistanın çörəyi yenə Azərbaycandan keçir 10:25 Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ - Dil imtahanına yazılmaq üçün tarixlər bəlli oldu 10:15 Son addım qaldı: Azərbaycan bu gün qızıl medallar uğrunda oynayacaq! 10:09 "Dəb xətrinə zövqümdən imtina etmərəm" – Zaxarova geyim fəlsəfəsini belə izah etdi... 10:06 SON DƏQİQƏ! Qazın qiyməti qalxdı — İndi nə baş verəcək? 10:00 Ermənistanda itirdiyimiz şeyləri Azərbaycanla əvəz edəcəyik 09:56 “Real”ın gələcəyi bəlli oldu: Peres qərarını açıqladı! 09:54 “Real” formasındakı Mourinyo görüntüləri qalmaqal yaratdı 09:52 Kaliforniyada məktəb məzuniyyəti qana bulandı: Kimlikləri gizlədilir — DETALLAR 09:45 Atəşkəs masasında kritik razılıq - Hər şey onlardan aslıdır 09:39 Krıma kütləvi hücum: Qatar hərəkəti dayandırıldı, ölənlər var 09:31 “Liverpul”un yeni seçimi bəlli oldu - İraola! 10:17 Neftin qiyməti aşağı düşdü - Son rəqəmlər 09:46 Elmə məlum olmayan canlılar aşkarlandı 08:56 ABŞ konqresi Trampa qarşı çıxdı 08:42 İran Küveyt Hava Limanını belə vurdu - Anbaan görüntülər 08:16 Xəzərdə güclü ZƏLZƏLƏ 08:09 Arıqlamaq üçün diyet saxlayanlar arasında məşhur olan iki salatın gizli riskləri 23:30 Dondurmanın həm xeyri, həm ziyanı açıqlandı - Hansı maddələr təhlükə yaradır? 00:34 Bütün Xəbərlər