Avropa liderləri və Zelenski Trampa zəng edəcək

Avropa liderləri və Zelenski Trampa zəng edəcək
03.09.2025 21:45 Dünya

Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.

Məlumata görə, zəngin Ukraynaya yardım göstərmək üçün "istəklilər koalisiyası"nın iclasından sonra saat 14:00-da (Bakı vaxtı ilə 16:00) başlaması planlaşdırılır.

Qeyd edək ki, görüşdə Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunacaq.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər