Almaniyanın Ukraynaya yardımının ümumi məbləği açqlandı

Almaniyanın Ukraynaya yardımının ümumi məbləği açqlandı
25.08.2025 13:40 Dünya

Almaniya 2022-ci ilin fevral ayının sonundan Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib.  

TodayPress TV xəbər verir ki, bu barədə “DPA” agentliyi Almaniya Maliyyə Nazirliyinin departament rəhbəri Lars Klinqbeylin Kiyevə səfəri ilə bağlı açıqlamalarına istinadən məlumat yayıb. 

Bildirilib ki, ümumi məbləğin təqribən 25 milyard avrosu ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə, 17 milyard avrosu silah-sursat təchizatına və Ukrayna Silahlı Qüvvələrinin təliminə, 6,7 milyard avrosu mülki yardıma və 1,9 milyard avrosu büdcə yardımına yönəlib.  

Maliyyə büdcəsinin planlaşdırılmasına əsasən, Almaniya 2027-ci ilə qədər Kiyevə ikitərəfli əsasda ildə 8 milyard avrodan çox hərbi dəstək vermək niyyətindədir. 

Aysel Mətləb

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər