Almaniyada atışma - Bir nəfər öldü

Almaniyada atışma -  Bir nəfər öldü
23.10.2025 07:34 Dünya

Almaniyanın Hannover şəhərində iki qrup arasında baş verən silahlı qarşıdurma bir nəfərin ölümü, bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

TodayPress TV “Bild” qəzetinə istinadla xəbər verir ki, polisin məlumatında bir neçə nəfər arasında başlayan mübahisənin qısa müddətdə silahlı qarşıdurmaya çevrildiyi, bir neçə dəfə atəş açıldığı bildirilib.

Nəticədə bir nəfər aldığı güllə yarasından hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Yaralıların sayı və vəziyyəti barədə məlumat verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər