Almaniya Ukraynaya təhlükəsizlik təminatlarını müzakirə edir
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Almaniyanın münaqişədən sonra Ukraynaya təhlükəsizlik zəmanətləri verməkdə iştirak etməyəcəyi ilə bağlı şübhələri aradan qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “n-tv” telekanalı məlumat yayıb.
“Əlbəttə, Almaniya Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə öz töhfəsini verəcək”, – deyə Vadeful bildirib, lakin hansı töhfədən söhbət getdiyini dəqiqləşdirməyib.
Qiymət Mahir