Almaniya rusiyalı diplomatları Moskvaya qovmağa çağırır

Almaniya rusiyalı diplomatları Moskvaya qovmağa çağırır
03.06.2025 09:43 Dünya

Almaniya parlamentinin Xristian Demokrat İttifaqından (CDU) olan deputatı Roderich Kiesewetter bildirib ki, Moskvadan gələn kiberhücumların və təxribatların artması ilə əlaqədar daha çox rusiyalı diplomatın Almaniyadan qovulmasına ehtiyac var.

TodayPress TV xəbər verir ki, onun sözlərini “Handelsblatt” qəzeti sitat gətirib.

"Biz qalan bütün agentləri və diplomatları qovmalıyıq" deyə Kiesewetter vurğulayıb.

Kiesewetterin sözlərinə görə, Berlindəki Rus Evi və Rusiyanın Almaniyadakı diplomatik və mədəni fəaliyyəti ilə bağlı digər obyektlər də bağlanmalıdır.

Nicat Osman


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər