Almaniya naziri Rusiyanı təhlükə kimi görür
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Rusiyadan gələn təhlükənin ciddi şəkildə qiymətləndirilməsinin vacib olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, onun sözlərini Almaniyanın "N-TV" telekanalı yayıb.
"Rusiya həm də Almaniyada sülh və azadlıq içində həyatımıza birbaşa təhdid yaradır", – deyə Vadeful qeyd edib.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merts Qərbin Ukrayna ilə 30 günlük atəşkəs təklifini müzakirə etmək üçün Rusiya prezidenti Vladimir Putinlə dialoqa hazır olduğunu bəyan edib.
Türkan İsgəndərli