Almaniya iqtisadiyyatı geriləməyə davam edir

Almaniya iqtisadiyyatı geriləməyə davam edir
22.08.2025 18:30 Dünya

Almaniyanın iqtisadiyyatı bu ilin aprel-iyun aylarında əvvəlki rübə nisbətən 0,3 faiz azalıb.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin rəsmi statistika qurumu "Destatis" məlumat yayıb.  

Bu göstərici daha əvvəl iyul ayında verilmiş 0,1 faizlik azalma proqnozunu üstələyərək, iqtisadi geriləmənin gözləniləndən daha ciddi olduğunu diqqətə çatdırıb.

"Destatis"in məlumatına görə, iqtisadi geriləməyə əsas səbəblərdən biri ölkə əhalisinin əvvəlki dövrlərlə müqayisədə daha az istehlak etməsidir. Bununla yanaşı, sənaye və tikinti sektorlarında da vəziyyət əvvəlki proqnozlara nisbətən daha zəif olub.

Statistik göstəricilərə əsasən, Almaniyanın mal ixracı da əvvəlki rüblə müqayisədə 0,6 faiz azalıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər