Almaniya Gürcüstandakı səfirini geri çağırdı

Almaniya Gürcüstandakı səfirini geri çağırdı
19.10.2025 15:44 Dünya

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı rəsmi səhifəsində dərc olunub.

Bildirilib ki, səfirin geri çağırılmasının məqsədi Gürcüstan ilə münasibətlərdə bundan sonrakı addımları müzakirə etməkdir.

Həmçinin vurğulanıb ki, sabah keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası toplantısının gündəliyinə Gürcüstanla bağlı məsələ də daxil ediləcək.

TodayPress TV 

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər