Almaniya 48 nəfəri Gürcüstana deportasiya etdi
Almaniya Berlində qətlə yetirilən Zelimxan Xanqoşvilinin qardaşı da daxil olmaqla ümumilikdə 48 nəfəri Gürcüstana deportasiya edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Deutsche Welle" nəşri məlumat yayıb.
Məlumata görə, Brandenburq polisi 2019-cu ilin avqustunda Berlində qətlə yetirilən Zelimxan Xanqoşvilinin ailəsinin Vünsdorf şəhərindəki mənzilinə daxil olub və ailənin 12 üzvünü deportasiya olunmaq üçün Berlin hava limanına aparıb.