Alman iş adamı 1,5 milyardlıq avtomobil kolleksiyasını nümayiş etdirdi

Alman iş adamı 1,5 milyardlıq avtomobil kolleksiyasını nümayiş etdirdi
23.03.2026 08:30 Dünya

Alman milyarder Fridhelm Loh dünyanın ən bahalı şəxsi avtomobil kolleksiyalarından birini ictimaiyyətə açıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Motorious” məlumat yayıb.

Bildirilib ki, təxminən 1,5 milyard dollar dəyərində olan kolleksiya hazırda Frankfurt yaxınlığındakı bir muzeydə nümayiş olunur.

“Nationales” Avtomobil Muzeyi adlanan yeni muzeydə müasir hiperkarlardan tutmuş əfsanəvi yarış avtomobillərinə qədər yüzlərlə nadir avtomobil nümayiş olunub. Eksponatlar arasında “Bugatti Centodieci”, “Mercedes-AMG One” və “Lamborghini Aventador SVJ” kimi modellər, eləcə də “Formula 1” avtomobilləri daxil olmaqla tarixi motorsport avtomobilləri var.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər