"AJet" təyyarəsi kapitanın səhhətinə görə İstanbula qayıtdı
Türkiyənin "AJet" aviaşirkətinə məxsus İstanbul–Sankt-Peterburq reysi kapitanın səhhətinin pisləşməsi səbəbindən geri dönüb.
TodayPress TV xəbər verir ki, "HavaSosyalMedya"nın məlumatına görə, VF291 reysi Rumıniya üzərində geri dönüb və havada iki saatdan çox qalıb.
İstanbul hava limanına enişdən sonra pilota tibbi yardım göstərilib, onun yerinə yeni kapitan təyin edilib. Məlumata görə, pilotun vəziyyəti hazırda stabildir.
Qiymət Mahir