“Air France” haker hücumuna məruz qaldı

“Air France” haker hücumuna məruz qaldı
07.08.2025 08:56 Dünya

“Air France” aviaşirkəti haker hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Məlumata görə, aviaşirkətin saytına üçüncü şəxslər tərəfindən müdaxilə olunaraq bir neçə min sərnişinə aid məlumatlar ələ keçirilib.

Bununla belə, hakerlər sərnişinlərin bank məlumatları və pasport nömrələrini ələ keçirə bilməyiblər. Götürülən informasiya başlıca olaraq müştəri xidmətlərinin sərnişinlərlə yazışmalarıdır.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər