Aİ Rusiyaya sanksiyaları yumşalda bilər
Avropa İttifaqı Ukraynada atəşkəs razılaşması əldə olunarsa, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların mərhələli şəkildə yumşaldılmasını nəzərdən keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Mənbələr bildirir ki, Aİ 15 günlük atəşkəsə ümid edir və bu müddət daha uzunmüddətli fasiləyə çevrilə bilər. Əgər razılaşmalar pozularsa, sanksiyalar yenidən tətbiq olunacaq. Lakin atəşkəs müddətində mövcud sanksiyalar qüvvədə qalacaq.
Türkan İsgəndərli