Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədi

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədi
18.07.2025 10:23 Dünya

Avropa İttifaqı səfirləri Rusiyaya qarşı yeni, 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. 

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a Aİ strukturlarındakı mənbə məlumat verib.

“Səfirlər 18-ci sanksiya paketini təsdiqləyiblər. İndi o, Aİ Şurası tərəfindən yazılı prosedurla rəsmi şəkildə təsdiqlənməlidir, bu yaxın saatlarda baş verəcək, bundan sonra sanksiyalar qüvvəyə minəcək. 18-ci paketə fiziki və hüquqi şəxslərin qara siyahısının genişləndirilməsi, Rusiya neftini daşıyan tankerlərə məhdudiyyətlər, bir sıra banklara qarşı məhdudiyyətlər, ikili təyinatlı mal və texnologiyalara yeni ixrac məhdudiyyətləri daxildir”, - deyə məlumatda qeyd olunub.

Nicat Osman

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər