Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edəcək

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edəcək
17.08.2025 17:30 Dünya

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaları gücləndirməyə davam edəcək.

TodayPress TV xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bəyan edib.

Onun sözlərinə görə, diplomatik səylərdən asılı olmayaraq sentyabrın əvvəlində Aİ-yə üzv ölkələrin nümayəndələri Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar bu ölkəyə qarşı 19-cu sanksiyalar paketinin qəbul etmək niyyətindədir.

“Döyüşlər davam etdiyi müddətdə biz Rusiyaya diplomatik və iqtisadi təzyiq göstərməyə davam edəcəyik və 19-cu sanksiyalar paketini hələ sentyabrın əvvəlində qəbul etmək niyyətindəyik”, - deyə o bildirib.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər