Aİ Qəzzaya yardım göndərəcək

Aİ Qəzzaya yardım göndərəcək
15.07.2025 11:29 Dünya

Avropa İttifaqı (Aİ), Qəzza zolağına humanitar yardım çatdırılmasını artırmaq məqsədilə ən azı 160 yük maşınının səkkiz yeni keçid məntəqəsi vasitəsilə əraziyə daxil olacağına ümid edir.

TodayPress TV xəbər verir ki, bu barədə “Politico” nəşri adının açıqlanmasını istəməyən Aİ nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbəyə görə, yardımların Qəzzaya girişinə Aİ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Kristof Biqot, BMT rəsmiləri və İsrail nümayəndələri nəzarət edəcək. 

Aİ diplomatlarının bəziləri bu nəzarət prosesində Avropa İttifaqının iştirakını “açar rol” kimi qiymətləndiriblər.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər