Aİ-nin Ukraynaya yardımının yalnız 5%-i silaha xərclənəcək
Avropa İttifaqına (Aİ) görə, dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1,6 milyard avronun yalnız 5%-i Ukraynaya hərbi yardıma, qalanı isə kredit ödənişlərinə yönəldiləcək.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.
Bildirilib ki, məbləğin 95%-i Ukrayna Kredit Əməkdaşlıq Mexanizmi (ULCM) vasitəsilə makromaliyyə dəstəyinə, 5%-i isə Avropa Sülh Fonduna yönəldiləcək.
Xatırladaq ki, Aİ ilk iki tranşı 2024-cü ilin iyulunda və 2025-ci ilin aprelində almışdı.
Aysel Mətləb