Aİ nazirləri Ukraynaya neytral ölkədən sülhməramlı göndərilməsini müzakirə edəcək

Aİ nazirləri Ukraynaya neytral ölkədən sülhməramlı göndərilməsini müzakirə edəcək
28.08.2025 19:15 Dünya

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər və müdafiə nazirləri Ukraynaya Aİ və ya NATO-ya daxil olmayan neytral ölkədən sülhməramlı qüvvələrin göndərilməsi imkanını müzakirə edəcəklər.

TodayPress TV xəbər verir ki, “Politico”nun yazdığına görə, 29–30 avqustda Kopenhagendə keçiriləcək qeyri-rəsmi görüşdə əsas müzakirə mövzusu Moskva ilə Kiyev arasında yeni münaqişənin qarşısını almaq üçün hazırlanacaq “müharibədən sonrakı təminatlar” olacaq. 

Diplomatik mənbələrin sözlərinə görə, söhbət gələcəkdə yaradılması nəzərdə tutulan demilitarizasiya zonasında patrul xidmətini həyata keçirə biləcək neytral üçüncü ölkənin müəyyən edilməsindən gedir.

Bununla belə, iclasda heç bir praktiki qərarın qəbul olunmayacağı bildirilir, çünki görüş qeyri-rəsmi xarakter daşıyır. Toplantıya Avropa Parlamentinin xarici işlər komitəsinin rəhbəri Devid Makallister də dəvət olunub. O, nazirləri Rusiyaya qarşı təzyiqləri artırmağa çağırmağı planlaşdırır.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər