Aİ Fələstinə dəstək üçün donor qrupu yaradır
Avropa İttifaqı (Aİ) Fələstinə və Qəzzanın bərpasına dəstək üçün donor qrupu yaradacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Nyu-Yorkda keçirilən beynəlxalq konfransda açıqlama verib.
Onun sözlərinə görə, Fələstinin mövcudluğu təhlükə altındadır və əlavə dəstəyə ehtiyac var.
Lyayen bildirib ki, müharibə başlayandan bəri Aİ Fələstinə 1,6 milyard avro yardım göstərib, lakin bunun kifayət etmədiyini vurğulayıb.
Türkan İsgəndərli