Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər

Aİ-dən İrana xəbərdarlıq: Sanksiyalar 30 gün ərzində bərpa oluna bilər
30.08.2025 11:50 Dünya

Avropa İttifaqı (Aİ) İrana qarşı birtərəfli sanksiyaları bərpa edə bilər. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın Avropa və Xarici İşlər naziri Jan-Noel Barro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi görüşündən əvvəl bəyanatla çıxış edib.

Nazirin sözlərinə görə, əgər Tehranla nüvə proqramı üzrə danışıqlar növbəti 30 gün ərzində nəticə verməzsə və BMT Təhlükəsizlik Şurasının əvvəlki sanksiyaları yenidən qüvvəyə minərsə, Avropa İttifaqı da öz sanksiyalarını bərpa edəcək.

Barro xatırladıb ki, Avropa üçlüyü – Böyük Britaniya, Fransa və Almaniya artıq "snapback" mexanizmini işə salmaq qərarı verib. Bu mexanizm 2015-ci il sazişi çərçivəsində ləğv edilmiş BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutur. Sanksiyalar maliyyə, bank, enerji və müdafiə sektorlarını əhatə edir.

Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin (restriksiyaların aradan qaldırılmasını nəzərdə tutur) müddətinin uzadılması üçün İrana əlavə 30 gün vaxt verməyə hazır olduğunu bəyan edib. Qeyd edək ki, həmin qətnamənin müddəti bu il oktyabrın 18-də başa çatır.

“İndi 30 günlük bir dövr başlayır. Əgər bu müddət ərzində İran bizim çox aydın şəkildə ifadə etdiyimiz tələbləri qəbul etməzsə, əvvəlcə BMT sanksiyaları, ardınca isə Avropa İttifaqının sanksiyaları bərpa oluna bilər. Əgər Tehran əməkdaşlığa razılıq versə, bu sanksiyaların tətbiqi təxirə salına bilər. Diplomatiya üçün qapı hələ də açıqdır”, - deyə Barro bildirib. 

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa üçlüyünün qərarını kəskin tənqid edib. O, bu yanaşmanın İranla bağlı niyyətlərin səmimiliyinə dair şübhələri daha da artırdığını və diplomatik həll yollarını çətinləşdirdiyini bildirib.

Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda vurğulayıb ki, Tehran qlobal güclərlə konstruktiv əməkdaşlığı davam etdirməyə, İslam Respublikasının maraqlarını nəzərə almaq şərtilə yeni nüvə sazişi əldə etməyə hazırdır. İranın cavab tədbirləri görəcəyi də bəyan olunub. 

Töhfə Səməd

XƏBƏR LENTİ
04 IYUN 2026
DTX bu istiqamətdə fəaliyyətə başladı 14:53 Düşməni məğlub edib hakimiyyəti Cəbhəyə qapdırmalı, yoxsa torpaqları təslim edib, hakimiyyəti ələ almalı idi? - Surət Hüseynov müəmması 14:38 Türkiyə idman cameəsini sarsıdan qərar açıqlandı! 14:34 Azərbaycanda bir ildə min nəfər niyə boşandığı şəxslə təkrar evlənib? - Pula görə inanılmaz əməllər törədiblər 14:31 Azərbaycandan Ermənistana daha 42 vaqon dizel yanacağı ixrac olunacaq 14:24 Monako yarışı öncəsi favorit açıqlandı! 14:12 Qərbi Azərbaycan seçkilərdə kimi seçir? -İNFOQRAFİKA 14:05 Müəllimlərin işə qəbulu müsabiqəsi (MİQ) ilə bağlı "uğur böcəyi" Zirəddin Rzayev imiş - RƏY 13:54 Zahid Oruc "seçici" kimi erməni namizədlərə 6 bəndlik tələb irəli sürdü 13:42 Naxçıvanın muxtariyyəti ləğv edilir? 13:32 Hava şəraiti tamamilə dəyişir - Neçə dərəcə isti olacaq? 13:24 Onaltımərtəbəli yaşayış binasında yanğın - Görüntülər 13:17 İrəvan sərxoş halda seçkiyə gedir - Fransız xalqı kef edir... 13:04 Dünya çempionatında irqçilik halları dərhal cəzalandırıla bilər! 12:49 Azərbaycanın ən yaşlı sakini vəfat etdi 12:43 Dünya çempionatında azarkeşləri gözləyən sürpriz məhdudiyyət! 12:32 Yol polisi skuterçini qəzadan xilas etdi - Anbaan 12:29 Romada medal ümidi: Azərbaycan parataekvondoçuları dayanqa çıxır! 12:13 Sərhədi qanunsuz keçənlər yaxalandı! 12:11 Azərbaycanda sürücüsüz avtomobillər olacaq 12:01 Gorus - Qafan yolu Azərbaycana verilir xəbəri Ermənistanı qarışdırdı 11:58 Bakıda kameralar önündə adam oğurladılar - Onları hansı cəza gözləyir? 11:50 “Siti”dən sərt xəbərdarlıq: Haaland “Real”a getmir! 11:46 Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər! 11:35 Sərhəddə böyük əməliyyat: 319 kiloqram narkotik ələ keçdi 11:34 Bütün Xəbərlər