Aİ Çin banklarına qarşı sanksiyalar tətbiq edir

Aİ Çin banklarına qarşı sanksiyalar tətbiq edir
18.07.2025 16:54 Dünya

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketinə iki Çin bankını da daxil edib. 

TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.

Siyahıya daxil edilən banklar Suifenhe Kənd Kommersiya Bankı (SRCB) və Heihe Kənd Kommersiya Bankıdır (HRCB). Hər iki bank Çinin Rusiyanın Uzaq Şərqi ilə sərhəddə yerləşən Heilongjiang əyalətində fəaliyyət göstərir.

Aİ Şurası iyulun 18-də yeni sanksiyalar paketini təsdiqləyib. Ümumilikdə, Aİ-nin sanksiyalar siyahısında 2 500-dən çox fiziki və hüquqi şəxs yer alır. Yeni paketə 14 nəfər və 41 təşkilata qarşı əlavə məhdudiyyətlər, o cümlədən “Şimal axını” layihəsi ilə əməliyyatlara qadağa daxildir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər