Ağ Ev Trampın xarici liderlərlə əlaqələrindən danışdı

Ağ Ev Trampın xarici liderlərlə əlaqələrindən danışdı
28.07.2025 10:29 Dünya

ABŞ prezidenti Donald Trampın dünya liderləri ilə “əla münasibətləri” var. 

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildiribş

Onun sözlərinə görə, Tramp prezidentlik dövründə cəmi altı ay ərzində xarici liderlərlə 23 görüş keçirib.

Digər tərəfdən, İspaniyanın “El Periodico” qəzeti yazır ki, Donald Trampın həyat yoldaşı Melaniya Tramp onu nadir hallarda ictimai tədbirlərdə müşayiət edir.

Qəzetin məlumatına görə, o, sonuncu dəfə iyulun 4-də - ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirak edib. Bundan sonra rəsmi tədbirlərdə demək olar ki, görünməyib.

Mənbələr bildirir ki, Melaniya Tramp əsasən Floridadakı Mar-a-Laqo iqamətgahında və ya Nyu-Yorkdakı mənzillərində qalır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər