ABŞ vitse-prezidenti Tramp və Zelenski görüşünə qatılacaq
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens avqustun 18-də Vaşinqtonda keçiriləcək Donald Tramp və Volodimir Zelenski arasındakı görüşdə iştirak edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq. Daha sonra saat 23:00-da Avropa liderlərinin də qatılacağı ikinci bir görüş keçiriləcək.
Vens bildirib ki, ABŞ Ukraynanın iştirakı olmadan Rusiya ilə müharibəni bitirmək üçün danışıqlar aparmayacaq.
Türkan İsgəndərli