ABŞ və Ukrayna Rusiyadan cavab gözləyir

ABŞ və Ukrayna Rusiyadan cavab gözləyir
27.05.2025 17:54 Dünya

ABŞ Ukraynadan sülh üçün təklif olunan şərtlərin siyahısını alıb və hazırda Rusiya tərəfinin cavab sənədini gözləyir. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.

Kelloqun sözlərinə görə, Rusiya nümayəndələri prezident Tramp və Vladimir Putin arasında söhbət zamanı danışıqlara hazır olduqlarını və müvafiq memorandum üzərində işlədiklərini bildiriblər.

Diplomat əlavə edib ki, sülh danışıqları üçün növbəti görüş Cenevrədə keçirilə bilər. 

O, həmçinin vurğulayıb ki, Rusiyanı danışıqlara məcbur etmək üçün təzyiqlər davam etməlidir.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər