ABŞ və Çin yaxın günlərdə ikitərəfli danışıqlar aparacaq

ABŞ və Çin yaxın günlərdə ikitərəfli danışıqlar aparacaq
21.07.2025 17:15 Dünya

ABŞ və Çin yaxın gələcəkdə ikitərəfli danışıqlar aparacaq və müzakirələrin əsas mövzusu yalnız ticarət məsələləri ilə məhdudlaşmayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent "CNBC" telekanalına müsahibəsində bildirib.

“Çox yaxın zamanda danışıqlar keçirəcəyik. Hesab edirəm ki, ticarət sahəsində vəziyyət yaxşı gedir və artıq digər məsələlər barədə də danışmağa başlaya bilərik. Təəssüf ki, Çin İrana və Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalara baxmayaraq, bu ölkələrdən neft alan əsas müştərilərdən biridir”, - deyə Bessent qeyd edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər