ABŞ və Çin ticarət sazişlərinin müddətini uzatmaq üçün danışıqlar aparacaq

ABŞ və Çin ticarət sazişlərinin müddətini uzatmaq üçün danışıqlar aparacaq
22.07.2025 17:20 Dünya

Amerika Birləşmiş Ştatları və Çin cari ticarət sazişlərinin müddətinin uzadılması məsələsini gələn həftənin əvvəlində İsveçin paytaxtı Stokholmda müzakirə edəcəklər.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent “Fox Business” telekanalına verdiyi açıqlamada məlumat verib.

“Çinlə mövcud sazişin müddəti 12 avqustda başa çatır. Mən iyulun 28 və 29-u Stokholmda çinli həmkarlarımla görüşəcək və sazişin uzadılması üzərində çalışacağam”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, hazırda ABŞ-Çin ticarət əlaqələri çox yaxşı vəziyyətdədir.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər