ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya hərbi yardımın davam etdirilməsinin 353 səslə lehinə səs verib.
TodayPress TV xəbər verir ki, bu barədə Respublikaçı konqresmen Don Bekon bildirib.
Qanunu əleyhinə 76 nəfər səs verib.
Amerika qanunlarına görə, Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı qanun layihəsinə baxılması Senata keçir və orada təsdiq olunarsa, ratifikasiya üçün prezidentə təqdim olunacaq.