ABŞ Senatının Rusiya ilə bağlı hesabatı saytdan silindi

ABŞ Senatının Rusiya ilə bağlı hesabatı saytdan silindi
03.06.2025 15:29 Dünya

ABŞ Senatının kəşfiyyat komitəsinin 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı 2020-ci ildə dərc etdiyi hesabat rəsmi saytdan çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb. 

İndi sənədin yerləşdiyi keçidlərdə “404 səhv – tapılmadı” bildirişi görünür. Hesabatda Moskvanın seçkilərə müdaxilə etdiyi iddiaları yer alsa da, Rusiya bu ittihamları davamlı şəkildə rədd edib. Silinmənin səbəbi barədə rəsmi açıqlama verilməyib.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər