ABŞ Rusiyaya qarşı sanksiyaları pislədi
ABŞ senatoru Rend Pol Lindsey Qrehemin Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini sərt tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.
Pol bildirib ki, qanun layihəsi ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini danışıqlar yolu ilə bitirmə səylərinə mane olacaq. Onun sözlərinə görə, özünü məhv edən iqtisadi müharibə sülh üçün bir yol deyil.
Senator əlavə edib ki, bu sanksiyalar yanacağın qiymətlərini artıracaq və ABŞ-nin İsrail və Tayvan kimi müttəfiqlərinə də ziyan vura bilər.
Türkan İsgəndərli