ABŞ Rusiya-Ukrayna danışıqlarının ikinci raundunda iştirak edəcək?

ABŞ Rusiya-Ukrayna danışıqlarının ikinci raundunda iştirak edəcək?
30.05.2025 10:40 Dünya

ABŞ iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında keçiriləcək danışıqların ikinci raundunda iştirak etmək üçün nümayəndə heyəti göndərməyi planlaşdırmır.

TodayPress TV xəbər verir ki, bu barədə Amerikanın “The Atlantic” jurnalı məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp Moskva ilə Kiyev arasında birbaşa danışıqların bərpa olunduğu bu raund nəticəsində irəliləyiş gözləyir.

Qeyd edək ki, Dövlət Departamentinin sözçüsü Tammi Brüs mayın 29-da keçirdiyi brifinqdə ABŞ-nin Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Töhfə Səməd

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər