ABŞ Putin və Zelenski arasında görüş planlaşdırır

ABŞ Putin və Zelenski arasında görüş planlaşdırır
18.08.2025 16:43 Dünya

ABŞ-nin Baş Qərargah rəisi və Prezident Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında birbaşa görüş təşkil etməyə çalışır. 

TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

Məlumata görə, bu təşəbbüsdə dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak edir. 

Məlumata görə, ABŞ-nin Ukrayna ilə bağlı “üç mərhələli sülh planı” var. Bunlar ABŞ və Rusiya arasında ilkin danışıqlar, Tramp və Zelenski arasında görüş, Putin və Zelenskinin ABŞ-nin iştirakı ilə birbaşa danışığıdır.

Bu görüşlərin əsas məqsədi münaqişənin diplomatik yolla həllinə nail olmaqdır.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər