ABŞ Puerto-Rikoya döyüş təyyarələri göndərəcək

ABŞ Puerto-Rikoya döyüş təyyarələri göndərəcək
06.09.2025 06:15 Dünya

ABŞ komandanlığı Vaşinqtonun Latın Amerikası narkotik kartellərinə qarşı gücləndirdiyi mübarizə ilə əlaqədar Puerto-Rikoya 10 F-35 qırıcı-bombardmançı göndərmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

"Tramp administrasiyasına yaxın mənbəyə görə, Karib dənizi regionunda Amerika hərbi varlığını artıracaq döyüş təyyarələrinin gələn həftə gəlməsi gözlənilir", - deyə nəşr bildirib.

Bundan əvvəl Amerika KİV-ləri Trampın açıqlamadan ABŞ Silahlı Qüvvələrindən Latın Amerikası narkotik kartellərinə öz ərazisindən kənarda zərbələr endirmək üçün istifadə etməsi əmri verdiyini yazıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər