ABŞ Prezidenti Ukraynada sülh sazişindən əvvəl atəşkəsin tətbiq olunacağına inanmır

ABŞ Prezidenti Ukraynada sülh sazişindən əvvəl atəşkəsin tətbiq olunacağına inanmır
18.08.2025 22:15 Dünya

ABŞ Prezidenti Donald Tramp Ukraynada sülh razılaşmasından əvvəl atəşkəsin əldə olunacağına inanmır.

TodayPress TV xəbər verir ki, Amerika lideri bunu Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündə bildirib.

Trampın sözlərinə görə, Ukraynada atəşkəsə artıq ehtiyac yoxdur və məqsəd müvəqqəti atəşkəs deyil, uzunmüddətli sülhdür.

"Mən atəşkəsin olacağını düşünmürəm. Onlar döyüşərkən biz sülh üçün səy göstərməyə razılaşa bilərik", - ABŞ Prezidenti deyib.

O, Kiyevin Amerika silahlarının alınması ilə bağlı problemlərinin olduğunu da vurğulayıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər