ABŞ nümayəndə heyəti Ukraynaya səfər edəcək

ABŞ nümayəndə heyəti Ukraynaya səfər edəcək
18.08.2025 16:25 Dünya

ABŞ nümayəndə heyəti sentyabr ayında Ukraynaya səfər edəcək. Səfər, minerallar sazişi çərçivəsində həyata keçiriləcək və məqsəd analoji investisiya layihələrini yerindəcə qiymətləndirməkdir.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat naziri Aleksey Sobolev bildirib.

Nazir qeyd edib ki, hazırda hökumət investisiya layihələrinin siyahısını hazırlayır və böyük sərmayələri cəlb etmək üçün qanun layihələri parlamentdə müzakirə olunur.

Sobolev, bu il fond tərəfindən dövlətlərlə ilk investisiya qərarlarının da verilməsinin mümkün olduğunu bildirib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər