ABŞ-nin "ucuz raket" strategiyası: İranla müharibə arsenalı tükədib
ABŞ İranla müharibənin mövcud raket ehtiyatlarını ciddi şəkildə tükətməsi səbəbindən 10 min ədəd aşağı büdcəli konteyner tipli raketin alınması üçün bir neçə silah şirkəti ilə müqavilə imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Pentaqon bəyanat verib.
"Anduril", "CoAspire", "Leidos" və "Zone 5" şirkətləri ilə bağlanan bu razılaşmalar Müdafiə Nazirliyinin "Aşağı Büdcəli Konteyner Tipli Raketlər" (LCCM) adlandırdığı proqramın icrasına start verir. "Castelion" şirkəti ilə bağlanan ayrıca paralel müqavilə çərçivəsində isə Pentaqon hər il ən azı 500 ədəd ucuz "Blackbeard" hipersəs raketini əldə edəcək.
Aysel Mətləb