ABŞ-nin müharibə naziri Trampı “sülh prezidenti” adlandırdı

ABŞ-nin müharibə naziri Trampı “sülh prezidenti” adlandırdı
15.10.2025 13:49 Dünya

"Qəzza sektorunda vəziyyətin nizamlanması Donald Trampın “sülh prezidenti” olduğunu dünyaya nümayiş etdirdi".

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ-nin müharibə naziri Pit Heqset səsləndirib.

“Dünya gördü ki, bizim prezidentimiz sülhə can atan, ABŞ-ın yanında olanları dəstəkləyən “sülh prezidentidir””, - deyə Pentaqon rəhbəri vurğulayıb.

O, həmçinin ABŞ liderinin Ukrayna münaqişəsində də analoji nəticə əldə edəcəyinə ümid etdiyini bildirib.

Heqset bəyan edib ki, ABŞ digər NATO ölkələrinin Ukrayna üçün silah alınmasına xərclərini artıracaqlarını gözləyir.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər