ABŞ-nin İraqdakı səfirliyinə hücum edildi
ABŞ-nin İraqdakı səfirliyi pilotsuz təyyarə ilə hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Al Arabiya" xəbər agentliyi məlumat yayıb.
İraqın təhlükəsizlik mənbəsi bildirib ki, hadisə martın 14-ü Bağdad şəhərində yerləşən ABŞ-nin səfirliyi ərazisində baş verib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
Həmçinin İranın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasına da zərbə endirdiyi qeyd olunub.
Türkan İsgəndərli