ABŞ-nin ən məşhur döyüş dronlarından biri hədəfə alındı - VİDEO
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 8-i səhər saatlarında Buşehr əyalətinin Xormoc şəhəri yaxınlığında ABŞ-yə məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatının yeni hava hücumundan müdafiə sistemi vasitəsilə vurulduğunu açıqlayıb.
TodayPress TV xəbər verir ki, İran dövlət mediasının yaydığı məlumata görə, pilotsuz aparat İran hava məkanına qarşı həyata keçirildiyi iddia olunan uçuş zamanı aşkarlanaraq məhv edilib.