ABŞ Nigeriyaya dronlar və 200 hərbçi göndərdi

Dünya

21.03.2026 23:00

ABŞ Nigeriyaya dronlar və təxminən 200 hərbçi göndərib.

TodayPress TV xəbər verir ki, buna səbəb ölkənin şimal-şərqində antiterror əməliyyatlarının gücləndirilməsi olub.

Göndərilən texnikaya "MQ-9 Reaper" tipli kəşfiyyat dronları daxildir.

Məlumata görə, ABŞ hərbçiləri döyüş əməliyyatlarında iştirak etməyəcək, əsasən kəşfiyyat məlumatlarının toplanması və müşahidə ilə məşğul olacaq.

Aynur TAC

TodayPress TV

tag: ABŞ, Nigeriya, Dron, Hərbçi, todaypress.tv,