ABŞ Livanda sülhü gecikdirənləri hədəf aldı - Maliyyə Nazirliyi yeni siyahını açıqladı
ABŞ Livanda sülh prosesinə mane olmaqda, "Hizbullah"ın tərksilahını gecikdirməkdə ittiham olunan bəzi rəsmilərə və sanksiya altında olan Əla Həsən Həmiyə ilə əlaqəli şəxslərə məhdudiyyətlər tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qurumun Xarici Aktivlərə Nəzarət Ofisi Livan, Suriya, İraq və Omanda "Hizbullah" üçün vəsait toplayan və gəlir əldə etmək məqsədilə saxta şirkətlər idarə edən şəxsləri də sanksiya siyahısına daxil edir.
Aysel Mətləb