ABŞ İrana və "Hizbullah"a qarşı yeni sanksiyalar tətbiq etdi

ABŞ İrana və "Hizbullah"a qarşı yeni sanksiyalar tətbiq etdi
03.07.2025 22:56 Dünya

Vaşinqton İrana və "Hizbullah" hərəkatına qarşı yeni sanksiyalar elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, sanksiyalar ümumilikdə 8 fiziki şəxsə, 21 hüquqi şəxsə və 12 gəmiyə şamil olunur.

Qeyd edək ki, ABŞ-nın İrana qarşı ilk birtərəfli sanksiyaları 1978–1979-cu illərdə baş vermiş İslam İnqilabından qısa müddət sonra tətbiq olunmağa başlanılıb.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər